Barrak: “Yaxın Şərqdə heç vaxt sülh olmayacaq”

      Barrak:    “Yaxın Şərqdə heç vaxt sülh olmayacaq”
  23 Sentyabr 2025    Oxunub:772
ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barrak dünya liderlərinin, o cümlədən Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətçiliyinin tanınması istiqamətində atdığı addımları tənqid edib.
AzVision.az “The National” nəşrinə istinadən xəbər verir ki, Tomas Barrak bu təşəbbüslərin heç bir faydası olmadığını bildirib.

“BMT-nin və ya başqa birinin nəsə etməyə çalışdığını görmək xoşdur. Bu, bir nailiyyətdir, amma mahiyyətcə faydasızdır. Bu kömək etmir”, - Donald Trampın xüsusi nümayəndəsi vurğulayıb.

Onun fikrincə, Yaxın Şərqdə sülhdən danışmaq mənasızdır. Burada sülh bir xülyadır. Yaxın Şərqdə sülh heç vaxt olmayıb və yəqin ki, olmayacaq da. Çünki burada hamı legitimlik uğrunda mübarizə aparır.

ABŞ səfiri xatırladıb ki, 27 atəşkəs sazişi imzalanıb, lakin onların heç biri işə yaramayıb.

- Şəxsən mən hər tərəfdən Qəzzada baş verənlərə nifrət edirəm. Fələstinlilər israillilər, iordaniyalılara, livanlılar, suriyalılar, türklər tərəfindən olanlara. Bilirsiniz.. bu, sadəcə bir kabusdur”, - Tomas Barrak deyib.

Bununla belə, amerikalı nümayəndə İsraili dəyərli müttəfiq kimi qiymətləndirib. Onun sözlərinə görə, İsrail Amerikanın qəlbində xüsusi yer tutur. Bu baxımdan, baş verənlər fonunda ABŞ tam qarışıqlıq içində yaşayır. Bir sözlə, hər şey mürəkkəbdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Barrak   YaxınŞərq   sülh  



Xəbər lenti