İndoneziya İsrailə təhlükəsizlik vəd edir

İndoneziya İsrailə təhlükəsizlik vəd edir
  23 Sentyabr 2025    Oxunub:802
Yəhudi dövləti Fələstinin müstəqilliyini və dövlətçiliyini rəsmən tanıdıqdan sonra mənim ölkəm İsraili dərhal tanımağa hazırdır.
AzVision.az xəbər verir ki, İndoneziyanın prezidenti Prabovo Subianto BMT Baş Assambleyasında çıxışı zamanı belə bəyanat səsləndirib.

“İndoneziya yalnız Fələstin dövlətçiliyinin elanını dəstəkləmir, həm də İsrailə təhlükəsizlik zəmanəti verməyə hazırdır. Bizim mövqeyimiz İndoneziyanın “regionda ədalətli və davamlı sülh” istəyini əks etdirir”, - Prabovo Subianto deyib.

İndoneziya prezidenti Fələstinin tanınmasının “tarixin düzgün tərəfində doğru addım” olacağına əminliyini ifadə edərək, münaqişənin hər iki tərəfin maraqlarına uyğun ədalətli həllinin vacibliyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İndoneziya   İsrail   təhlükəsizlik  



Xəbər lenti