İranlıların Nyu-Yorkda mağazalara girişi məhdudlaşdırılıb

   İranlıların Nyu-Yorkda mağazalara girişi məhdudlaşdırılıb
  23 Sentyabr 2025    Oxunub:831
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə yollanmış iranlı diplomatlara bahalı mağazalara girmək, dəbdəbəli mallar almaq yasaqlanıb.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu qərar "İran hökumətinə qarşı maksimum təzyiq kampaniyası" çərçivəsində verilib. Ümumiyyətlə, Tehranın nümayəndə heyətinin qaldıqları mehmanxana ilə BMT-nin Baş Qərargahı arasındakı gediş-gəliş yolu konkret istiqamətlə məhdudlaşdırılıb.

"Diplomatların bahalı mağazalardan saat, xəz, zinət əşyası, çanta, portmanat, ətir, tütün məhsulu, spirtli içki, avtomobil və s. malları almaq imkanı ABŞ hökumətinin təsdiqinə əsaslanan imtiyazlardır. İranlı diplomatlar, habelə onların himayəsindəki şəxslər belə mağazalara giriş üçün Dövlət Departamentindən müvafiq icazə almalıdırlar", - məlumatda vurğulanıb.

Eyni zamanda, diqqətə çatdırılıb ki, İranın nümayəndə heyətinin qiyməti 1000 dollardan artıq mal, həmçinin 60 min dollardan bahalı avtomobil ala bilməsi üçün əlavə icazə lazımdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İran   diplomatlar   mağaza   qadağa  



Xəbər lenti