Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Özbəkistandan Azərbaycana pul köçürmələrinin həcmi artıb
  23 Sentyabr 2025    Oxunub:439
Cari ilin ilk yarısında Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib.
AzVision.az xəbər verir ki , bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 400 min ABŞ dolları və ya 15,1% azdır.

Məlumatlara əsasən, Özbəkistanın həmin dövrdə Azərbaycanın xaricə göndərdiyi ümumi pul köçürmələrində payı 0,7% olub.

Cari ilin ilk yarısında Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,9 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 25% çoxdur.

Məlumatlara görə, Özbəkistanın həmin dövrdə Azərbaycana xaricdən gələn ümumi pul köçürmələrində payı 1,1% təşkil edib.

2024-cü ilin ilk yarısında Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,7 milyon ABŞ dolları olub.

2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

AzVision.az



Teqlər:



Xəbər lenti