“Hökm oxunduqdan sonra Raut qələmlə öz boynuna zərbə endirməyə cəhd göstərib. Bundan sonra o, məhkəmə zalından çıxarılıb”, - agentlik yazır.
Onun qızı Sara Raut bu zaman “Ata, mən səni sevirəm, heç nə etmə. Mən səni çıxaracağam” ifadəsini qışqırıb. Maraqlıdır ki, Sara atasına qarşı işin uydurma olduğunu israr edir.
Rayan Raut isə daha əvvəl vəkillərdən imtina edib və məhkəmədə müdafiəsini özü aparıb.
O, prezidentliyə namizədi öldürməyə cəhddə, zorakı cinayət törətmək məqsədilə odlu silah saxlamaqda, federal məmura hücum etməkdə, məhkum olunmuş şəxs ikən odlu silah və döyüş sursatı saxlamaqda və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaqda təqsirli bilinib.
|
| Trampın qolf meydançası niyə tam mühafizə olunmayıb? |
ABŞ Məxfi Xidmətinin əməkdaşı daha əvvəl məhkəmədə verdiyi ifadədə Rayan Rautu Tramp hadisə yerinə gəlməmişdən əvvəl gördüyünü deyib. Raut tüfəngini bu əməkdaşa çevirəndə o, sui-qəsdçiyə atəş açaraq, Rayanı silahını yerə atmağa və atəş açmadan qaçmağa məcbur edib.
Bu sui-qəsd cəhdi 2024-cü il sentyabrın 15-də prezidentlik kampaniyası zamanı baş verib. Atəş açılanda sui-qəsdçidən yüz metr aralıda dayanan Tdonald Tramp Florida ştatının Vest Palm Biç şəhərindəki meydançada qolf oynayırdı.
Xatırladaq ki, bu hadisədən 2 ay əvvəl onun həyatına artıq qəsd olmuşdu: 20 yaşlı Tomas Metyu Kruks Pensilvaniya ştatında mitinq zamanı Trampı güllələyərək qulağından yaralayıb. Həmin vaxt Kruks təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


