Əl Şaraa: “Biz İsraildən qorxuruq”
“Əslində onlar bizdən yox, biz İsraildən qorxuruq. İsrail danışıqları dayandırır və hava məkanımızı pozmaqda və ərazimizə soxulmaqda israrlıdır. Suriyanı parçalamaq məqsədi daşıyan istənilən diskussiya İraqa, Türkiyəyə də ziyan vurur. Bu, hamımızı əvvələ qayıtmağa məcbur edir”, - Suriya lideri bildirib.
Daha əvəvl Əl Şaraa bəyan etmişdi ki, Dəməşq bərpa prosesindədir və bütün ölkələrlə normal münasibətlər saxlamalıdır.
O, həmçinin İsrailin Suriya ərazisinə hücumlarının sırf təhlükəsizlik problemləri ilə bağlı olub-olmadığını da sual altına qoyub.
- Ancaq əsl sual budur ki, İsrailin həqiqətən təhlükəsizlik narahatlığı var, yoxsa onun ekspansionist ambisiyaları mövcuddur? Danışıqlar bunu üzə çıxaracaq”, - Suriyanın keçid dövrününü prezidenti vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


