Diversantın ölümünə səbəb nə ola bilər? - EKSPERT

Diversantın ölümünə səbəb nə ola bilər? - EKSPERT
  08 Avqust 2014    Oxunub:19587
“Ermənilər özləri də etiraf etmişdilər ki, adam içki düşkünü idi, eyni zamanda, onun sağlamlığında müəyyən problemləri olub. Həm həyəcandan, həm də sağlamlığındakı problemdən dünyasını dəyişə bilər”.

Bu fikirləri “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov Aktual.az-a avqustun 8-də səhər saatlarında Azərbaycana əsir düşən Karen Petrosyanın, qəflətən, naməlum səbəbdən dünyasını dəyişməsi xəbərinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, əsirin həyəcanı və səhhətində olan problem istənilən an onun həyatını itirməsinə gətirib çıxara bilərdi:

“Ermənilərin gətirəcəyi bəhanələrin qarşısını almaq üçün Azərbaycan tərəfi təklif edə bilər ki, beynəlxalq və erməni mütəxəssislərin iştirakı ilə meyitin ekspertizası həyata keçirilsin. Düzdür, ermənilər bundan şou düzəltməyə çalışacaqlar.

Ancaq soyuqqanlı davranmaq lazımdır. Onun həyəcanlı olmağı sifətindən görünürdü. İkinci bir tərəfdən, onun sağlamlığında olan problem həyatını itirməsinə səbəb ola bilərdi. Ermənilər bizim əsirlərimizin başına elə oyun gətiriblər ki, ona görə də öz xislətlərindən çıxış edərək Azərbaycanı günahlandırmağa çalışacaqlar”.


Teqlər:  





Xəbər lenti