ŞƏT Bakının təşkilata üzvlüyünü dəyərləndirib
"2024-cü ildə ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının Astanada imzalanmış tərəfdaşlıq prinsiplərinə dair bəyanatında da bu məsələyə toxunulub. Bir çox məsələdə razılığa gəlmək üçün müəyyən vaxt lazımdır. Eyni zamanda, fəaliyyəti prinsipimizə, maraqlarımıza zidd düşməyən hər kəs üçün təşkilatımızın qapıları açıqdır", - Baş katib söyləyib.
Xatırladaq ki, bir müddət qabaq ŞƏT-ə Azərbaycanın üzvlüyünün Hindistan, Ermənistanın üzvlüyünün isə Pakistann tərəfindən maneə törədildiyi bildirilmişdi. Nurlan Yermekbayev bu xəbərə də toxunub.
"Hər hansı maneə törətməkdən söhbət gedə bilməz. Hər qərar müzakirə, yoxlama və konsensusun nəticəsidir" , - o deyib.
Firudin Həmidli
AzVision.az
Teqlər: ŞƏT Azərbaycan Ermənistan üzvlük







Vaxtında, Aydın, Lazımlı!


