Rusiya təyyarələri ABŞ sərhədini pozub

Rusiya təyyarələri ABŞ sərhədini pozub
  25 Sentyabr 2025    Oxunub:793
Rusiya ordusunun iki “Tu-95MS” strateji bombardmançı təyyarəsi Rusiya Aerokosmik Qüvvələrinə məxsus bir cüt “Su-35S” döyüş təyyarəsinin müşayiəti ilə “planlı uçuş” çərçivəsində Alyaskanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin identikləşdirmə zonasına daxil olub.
AzVision.az Rusiya telegram-kanallarına sitinadən xəbər verir ki, hadisə ilə bağlı ABŞ Hərbi Hava qüvvələri (HHQ) dörd “F-16” qırıcı təyyarəsini və bir “E-3B Sentry” havadan erkən xəbərdarlıq radiolokasiya təyyarəsini səmaya qaldırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Amerika lideri Donald Trampın ilk prezidentliyi dövründə onun keçmiş müşaviri Con Bolton Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Moskvanın daha iddialı olduğunu deyib.

“Trampla görüşündən sonra Putin əl-qolunun açıldığı tərzdə davranır. Mən qorxuram ki, onun hazırda Ukraynadakı vəziyyətlə bağlı təsəvvürü düzgündür”, - Bolton bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   ABŞ   sərhəd  



Xəbər lenti