Misir fələstinliləri pulla da qəbul etmək istəmir

Misir fələstinliləri pulla da qəbul etmək istəmir
  25 Sentyabr 2025    Oxunub:971
Qahirə Qəzza sakinlərinin Misirə köçürülməsi müqabilində Avropanın qrant və investisiya təklifini rədd edib.
AzVision.az xəbər verir ki, Misirin diplomatik mənbələri Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzetinə açıqlamalarında Qahirənin son günlər Qərb ölkələrindən “külli miqdarda iqtisadi yardım” , Avropa ölkələrindən qrantlar və Körfəz ölkələrindən sərmayələr daxil olmaqla, Amerikanın Körfəz ölkələrini maliyyələşdirməyə razı salmaq öhdəliyi ilə bağlı təklif aldığını bildiriblər.

“Misirin cavabı “qəti imtina” olub. Qahirə Fələstin məsələsinin ləğvinə və ya Fələstin sakinlərinin öz torpaqlarından çıxarılmasına qarşıdır”, - xəbərdə vurğulanır.

Mənbələrdən birinin sözlərinə görə, Qahirə biri Afrika, digəri Asiya dövləti olmaqla iki ölkə ilə apardığı danışıqlarda onların İsrailin fələstinlilər üçün “alternativ vətən” təminatı təkliflərini rədd etmələrində israrlı idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Misir   fələstinlilər   imtina  



Xəbər lenti