“AzerGold” beynəlxalq standart üzrə daha bir sertifikat əldə edib
Rüşvətxorluğa qarşı İdarəetmə Sistemləri üzrə beynəlxalq sertifikatın əldə olunması dövlət şirkəti üçün bir sıra strateji, hüquqi və reputasiya üstünlüklər qazandırmaqla, milli qanunvericiliyə və beynəlxalq antikorrupsiya konvensiyalarına uyğunluğu təmin edir.
Xatırladaq ki, “AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Bu günədək Keyfiyyət İdarəetmə Sistemi üzrə İSO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə İSO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO 14001:2015 beynəlxalq sertifikatlar əldə edib. QSC-nin fəaliyyət sahələrinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


