Tramp Vaşinqtonda ölüm cəzasını geri qaytarıb

   Tramp Vaşinqtonda ölüm cəzasını geri qaytarıb
  26 Sentyabr 2025    Oxunub:1050
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda törədilən qətllərdə təqsirləndirilən şəxslərə edam cəzasının tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti belə məlumat yayıb. Tramp bu qərarın Amerika paytaxtının xüsusi statusu ilə bağlı olduğunu bildirib. Ağ Evin iddiasına görə, Kolumbiya dairəsinin son illərdə apardığı yumşaq siyasət cinayətlərin artmasına səbəb olub, sakinləri, ziyarətçiləri və federal agentlikləri təhlükə altına alıb.

Açqılanan məlumatda bildirilir ki, Vaşinqton 2024-cü ildə hər 100 min sakinə 27,3 qətl nisbəti ilə ABŞ-nin ən təhlükəli şəhərləri sırasında yer alıb.

“Biz oyun oynamırıq. Milli Qvardiya qoşunlarının yerləşdirilməsi fonunda son dörd həftə ərzində Vaşinqtonda heç bir qətl hadisəsi qeydə alınmayıb. Vaşinqtonda insanları öldürənləri ölüm cəzası gözləyir. Fərman dərhal qüvvəyə minir”, - Amerika lideri vurğulayıb.

Ölkənin Baş prokuroru Pem Bondi ABŞ administrasiyasının bütün ölkə üzrə ölüm cəzasını genişləndirmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, əvvəllər Vaşinqtonda ölüm cəzası mövcud olsa da, Şəhər Şurası 1981-ci ildə onu tamamilə ləğv etmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vaşinqton   ölüm   cəza  



Xəbər lenti