Fələstin BRİKS-ə qoşula bilər

   Fələstin BRİKS-ə qoşula bilər
  26 Sentyabr 2025    Oxunub:989
Fələstin Muxtariyyəti BRİKS təşkilatına tamhüquqlu üzvlük üçün müraciət göndərib.
Bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl "RİA Novosti" xəbər agentliyinə müsahibəsində məlumat verib. Diplomat müvafiq suala cavabında söyləyib ki, ölkəsi tamhüquqlu üzv seçilənədək təşkilata qonaq qismində qoşulmaq niyyətindədir. Onun sözlərinə görə, BRİKS müraciətə hələ ki cavab verməyib.

Məlumat üçün bildirək ki, BRİKS təşkilatı 2009-cu ildə Rusiya, Çin, Hindistan və Braziliyanın iştirakı ilə qurulub. 2011-ci ildə Cənubi Afrika Respublikası, 2024-cü ildən Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İran, cari ilin yanvarında isə İndoneziya təşkilata qoşulublar. Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam isə birliyin tərəfdaşlarıdırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fələstin   BRİKS   üzvlük   müraciət  



Xəbər lenti