Polşa da nüvə silahı istəyir

Polşa da nüvə silahı istəyir
  26 Sentyabr 2025    Oxunub:1063
Polşada nüvə silahlarının yerləşdirilməsi üçün ölkəmizin NATO-nun Nüvə Paylaşımı (Nuclear Sharing) proqramına daxil edilməsinə çalışacağam.
AzVision.az xəbər verir ki, Polşa prezidenti Karol Navrotski belə deyib.

“Nüvə silahına sahib olmaq və Nüvə Paylaşımına qoşulmaq polyakların təhlükəsizliyi üçün yaxşı həll yolu olardı. Mən Polşanın təhlükəsizliyinin təminatı üçün mümkün olan hər şeyi etməyə borcluyam”, - Karol Navrotski vurğulayıb.

Onun sözlərinə görə, Polşanın potensial nüvə silahı münaqişə və ya təcavüz riskini artırmayacaq, əksinə, bu ölkənin təhlükəsizliyini gücləndirəcək.

Qeyd edək ki, Nüvə Paylaşımı proqramı çərçivəsində ABŞ-nin nüvə silahları Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirilib. ABŞ-dən başqa, Fransa və Böyük Britaniya kimi NATO ölkələri də öz nüvə silahlarına malikdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   nüvə  



Xəbər lenti