Kreml: “Türkiyə Rusiyadan imtina etməyəcək”

      Kreml:    “Türkiyə Rusiyadan imtina etməyəcək”
  26 Sentyabr 2025    Oxunub:1099
Bir sıra mallar üzrə Türkiyə Rusiya ilə sərfəli ticarətini davam etdirəcək.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ankaranın Rusiya qazından imtina edəcəyi barədə bəyanatına münasibət bildirirərkən belə deyib. Kremlin sözçüsü “Türkiyə axını” və “Mavi axın” qaz kəmərlərinin tam layihə gücü ilə işlədiklərinə diqqət çəkib.

Onun sözlərinə görə, Rusiya Türkiyə ilə ticari-iqtisadi əməkdaşlığı davam etdirir.

“Bu, bizimlə hansı sahələrdə əməkdaşlıq edəcəyinə özü qərar verən suveren dövlətdir. Əgər müəyyən mallar üzrə ticarətin müəyyən növləri Türkiyə tərəfi üçün sərfəli hesab edilərsə, Ankara bunu davam etdirəcək”, - Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi vurğulayıb.

Ərdoğan Trampla məhsuldar görüş keçirib | VİDEO
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti onun bunu istəyəcəyi halda Türkiyənin Rusiya neftini alınmasını dayandıra biləcəyini iddia edib. Amma Ankaranın Rsuiya qazından imtina edəcəyi barədə rəsmi açıqlamada heç nə deyilmir.

Bununla belə, iki gün əvvəl Türkiyənin “Botaş” dövlət enerji şirkəti ABŞ-nin “Mercuria” şirkəti ilə təxminən 70 milyard kubmetr mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü barədə müqavilə imzalayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   Rusiya   əməkdaşlıq  



Xəbər lenti