Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib
  27 Sentyabr 2025    Oxunub:538
Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda Naxçıvan təmsilçisi 11 xalla ikinci pillədə qərarlaşıb. Ev sahibləri isə 6 xalla səkkizinci yerdədir.

Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib - 1:1.

AzVision.az





Teqlər:



Xəbər lenti