Suriyada Bəşər Əsədin qiyabi həbsinə order verildi

Suriyada Bəşər Əsədin qiyabi həbsinə order verildi
  27 Sentyabr 2025    Oxunub:515
Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin qiyabi həbsinə order verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “SANA” agentliyi yayıb.

Bildirilib ki, Əsəd barəsində 2011-ci ildə Dəra əyalətində baş verən hadisələrə dair ittihamlar üzrə həbs qərarı çıxarılıb.

Keçmiş prezident qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncələr verməkdə və həbslərdə ittiham olunur.

Qeyd edək ki, 2011-ci ildə Dəra əyalətində hökumət əleyhinə aksiyalar keçirilib. Bunların qarşısının alınması ilə bağlı keçirilən əməliyyatlarda onlarla insan həlak olub.

Onu da xatırladaq ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib.

AzVision.az



Teqlər:



Xəbər lenti