Durov Parisin “xahiş”ini açıqlayıb

   Durov Parisin “xahiş”ini açıqlayıb
  29 Sentyabr 2025    Oxunub:695
“Telegram” messencerinin yaradıcısı Pavel Durov bir il əvvəl Fransa xüsusi xidmət orqanlarının ondan Moldovada prezident seçkiləri ərəfəsində Telegram-kanallarında senzura aparmağı xahiş etdiklərini bildirib.
AzVision.az xəbər verir ki, Durovun iddiasına sözlərinə görə, Fransanın kəşfiyyat xidmətləri ona “Moldova hökumətinə yardım göstərmək” xahişi ilə vasitəçi göndərməklə müraciət edib. Vasitəçi bildirib ki, bunun müqabilində Fransa kəşfiyyatı Pavel Durovun bu ölkədəki cinayət işinə sədrlik edən hakimə “onun haqqında yaxşı şeylər söyləyəcək”.

Onun sözlərinə görə, kəşfiyyatın təqdim etdiyi siyahıda “Telegram” administrasiyası platformanın qaydalarını açıq şəkildə pozan bir neçə kanal müəyyənləşdirib və onları silib. Lakin Fransa tərəfi tezliklə “problemli kanalların” daha bir siyahısını təqdim edib.

“Birinci siyahıdan fərqli olaraq, bu kanalların demək olar ki, hamısı qanuni və bizim qaydalarımıza tam uyğun idi. Onların yeganə ümumi cəhəti Fransa və Moldova hökumətləri tərəfindən təsdiqlənməmiş siyasi mövqelər səsləndirmələri idi. Biz bu tələbi yerinə yetirməkdən imtina etdik”, - Durov deyib.

Moldovada seçkilərdə hakim partiya qalib gəlir | VİDEO
“Telegram”ın təsisçisi həmçinin bu platformada senzura yaratmaq üçün təzyiq göstərmək cəhdlərini indən sonra da ifşa edəcəyini diqqətə çatdırıb.

Fransanın və Moldovanın hakimiyyət orqanları Pavel Durovun açıqlamasını hələ ki, şərh etməyiblər. Bu bəyanatlar Moldovada parlament seçkiləri keçirilən gün yayılıb.

Xatırladaq ki, Moldova Mərkəzi Seçki Komissiyasının apardığı hesablamalara əsasən seçkilərdə prezident Maya Sandunun rəhbəri olduğu hakim “Fəaliyyət və Həmrəylik” partiyası (PAS) qalib gəlir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Durov   Frnsa   xahiş  



Xəbər lenti