Vaşinqton Post: “Netanyahu Trampı da bezdirib”
“İsrailin təcridi artır. İsrailin baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasının 80-ci sessiyasındakı son çıxışı diplomatların kütləvi şəkildə zalı tərk etməsi ilə müşayiət olundu. Onun Fələstin dövlətini tanıyan Qərb ölkələrini tənqid etməsi isə dəstəklənmədi”, - materialda vurğulanır.
Bundan əlavə, müəllif Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İsrail komandalarını və milli yığmasını öz turnirlərindən kənarlaşdırmaq imkanını nəzərdən keçirdiyinə diqqət çəkir. Bir sıra Avropa ölkələri isə İsrailin 2026-cı il Avroviziya Mahnı müsabiqəsində iştirakdan kənaşdırılmasını təklif edir.
- Hətta ABŞ prezidenti Donald Tramp belə Netanyahuya qarşı səbirsizlik nümayiş etdirməyə başlayıb”, - İşaan Taarur bildirir.
Jurnalistin iddiasına görə, Amerika lideri sentyabrın 29-da Ağ Evdə İsrailin baş naziri ilə görüşdə onu Qəzza zolağında atəşkəs təklifini qəbul etməyə inandırmaq niyyətindədir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


