Ermənistan MM müharibə üzrə hesabatı gündəliyə salmayıb

   Ermənistan MM müharibə üzrə hesabatı gündəliyə salmayıb
  29 Sentyabr 2025    Oxunub:785
Ermənistan Milli Məclisinin (MM) sədri Alen Simonyan 44 günlük müharibə ilə əlaqədar komissiya hesabatının sabahkı sessiyanın gündəliyinə salınmasına qol qoymayıb.
Yerli "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır ki, sədr hesabatdan imtinasını sənədin "vaxtının keçməsi" ilə əlaqələndirib. Onun sözlərinə görə, sözügedən hesabatın qanun çərçivəsində hüquqi əsası qalmayıb.

Qəzet diqqətə çatdırır ki, qərar fraksiyada gərgin müzakirələr doğurub, hətta müdafiə komissiyasının sədri Andranik Köçəryanı qəzəbləndirib. Komitə sədrinin fikrincə, Alen Simonyanın belə qərar vermək səlahiyyəti yoxdur. Hazırda mübahisənin həlli məchul qalmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   müharibə   hesabat  



Xəbər lenti