Aİ rusiyalı diplomatlardan hesabat tələb edəcək

   Aİ rusiyalı diplomatlardan hesabat tələb edəcək
  29 Sentyabr 2025    Oxunub:987
Avropa İttifaqı (Aİ) mümkün təxribat fəaliyyətlərinin qarşısını almaq üçün Rusiya diplomatlarının Avropa daxilində hərəkətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq niyyətindədir.
AzVision.az “EUobserver” portalına istinadən xəbər verir ki, Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə daxil edilən tədbirlər təkcə diplomatlara deyil, konsulluq, inzibati və texniki işçilərə, habelə onların ailə üzvlərinə də təsir göstərə bilər.

Avropanın Xarici Fəaliyyət Xidməti Rusiya nümayəndələrindən Aİ daxilində hərəkətləri barədə əvvəlcədən məlumat vermələrini tələb etməyi planlaşdırır.

“Daxil olmağı planlaşdırdıqları ölkənin hakimiyyət orqanları belə məlumatı sərhədi keçməzdən ən azı 24 saat əvvəl almalıdırlar. Bildirişdə nəqliyyat vasitəsinin markasını, növünü və qeydiyyat nömrəsini, habelə nəzərdə tutulan sərhəd-keçid məntəqələrini, giriş-çıxış tarixlərini göstərmək tələb olunacaq”, - xəbərdə deyilir.


Qatar, avtobus və ya təyyarə ilə səyahətə çıxarkən rusiyalı diplomatlar daşıyıcı və marşrut haqqında məlumat təqdim etməlidirlər.

Aİ-nni istənilən dövləti rusiyalı diplomatların öz ərazisindən daxil olmasından imtina, həmçinin səyahət və ya tranzit üçün ayrıca icazə tələb edə bilər. Portal bildirir ki, dövlətlər belə imtinanın səbəblərini izah etməyə borclu deyillər.

- Bu təşəbbüs sentyabrın 26-da Aİ səfirlərinin görüşündə müzakirə edilib. İlkin reaksiya müsbət olub və bu həftənin əvvəlində Brüsseldə Aİ Şurasının ekspertlər səviyyəsində təklifə sonrakı baxışın keçirilməsi planlaşdırılır”, - mənbəyə istinad edən “EUobserver” vurğulayır.

Bundan əvvəl Rusiya diplomatlarının Aİ-də hərəkət azadlığı məhdudlaşdırılarsa, Moskva qaçılmaz cavab tədbirləri görəcəyi barədə barədə xəbərdarlıq etmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   diplomatlar  



Xəbər lenti