Deputat: "İrəvanın Aİİ-dən çıxması gündəmdə deyil"

      Deputat:    "İrəvanın Aİİ-dən çıxması gündəmdə deyil"
  29 Sentyabr 2025    Oxunub:1033
"Gündəliyimizdə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsi yoxdur, əksinə, tərəfdaşlarımızla əlaqələri dərinləşdiririk".
Bu sözləri Ermənistan Milli Məclisinin deputatı Vaqarşak Akopyan parlamentdə jurnalistlərə müsahibəsində dilə gətirib. Diqqətə çatdırıb ki, İrəvan özünün Aİİ-dəki fəaliyyəti çərçivəsində mühüm iqtisadi nailiyyətlərə çatıb. O, Ermənistan-Aİİ ticarət dövriyyəsinin azalması ilə əlaqədar suala cavabında isə "bu məsələnin tərəflər arasında münasibətlərə təsir göstərmədiyini" vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan hələ avqustun 28-də mətbuat konfransında söyləmişdi ki, həm Avropa İttifaqına (Aİ), həm də Aİİ-yə eyni vaxtda üzvlük qeyri-mümkündür.
Paşinyan: "Başa düşürük ki, bir əldə iki qarpız tuta bilmərik" | VİDEO

Xatırladaq ki, cari il yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə qoşulması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk həmin dövrdə diqqətə çatdırıb ki, Moskva belə bir addımı "İrəvanın Aİİ-dən çıxması" kimi qiymətləndirərək, öz iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Aİİ    



Xəbər lenti