WSJ: “Pentaqon Çinlə mümkün müharibəyə hazırlaşır”

      WSJ:    “Pentaqon Çinlə mümkün müharibəyə hazırlaşır”
  29 Sentyabr 2025    Oxunub:774
Pentaqon özünün az ehtiyatları fonunda Çinlə mümkün münaqişə vəziyyətində raketlərin və 12 əsas sistemin istehsalını sürətlə artırmağa çalışır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“ABŞ-nin Çinlə mümkün münaqişə vəziyyətində aşağı səviyyədə silaha sahib olacağından təşvişə düşən Pentaqon öz raket tədarükçülərini istehsal səviyyələrini iki və hətta dörd dəfə artırmağa çağırır”, - qəzet yazır.

İşin Müdafiə nazirinin müavini Stiv Faynberqin sədrliyi ilə Sursat İstehsalının Sürətləndirilməsi Şurası çərçivəsində aparıldığı bildirilir. Şura 12 sistemə, o cümlədən hava hədəflərini tutan “Patriot”lar da daxil olmaqla, uzaqmənzilli gəmi əleyhinə raketlərin, “Standard Missile-6”, “Precision Strike Missiles” и “Joint Air-Surface Standoff Missiles” raketlərin ehtiyatlarının artırılmasına diqqət yetirir.

- Yeni Silahların Sürətləndirilməsi Şurası diqqəti Pentaqonun Çinlə münaqişə vəziyyətində ehtiyatda saxlamaq istədiyi 12 sistemə yönəldir. “Patriot” prioritet olaraq qalır, çünki “Lockheed” şirkəti artan qlobal tələbdən geri qalır”, - nəşr mənbələrin açıqlamasından sitat gətirir.

Qəzetin məlumatına görə, ABŞ ordusu 2026-cı ilə qədər təxminən 2000 ədəd “PAC-3” raketinin istehsalı ilə bağlı təxminən 10 milyard dollar dəyərində müqavilə imzalayıb. Lakin Pentaqon bundan sonra hər il belə həcmlər almaq niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pentaqon   Çin   hazırlıq  



Xəbər lenti