Pakistanda terror aktı: ölənlərin sayı artır | VİDEO
Eyni zamanda, “Geo TV” telekanalı təhlükəsizlik mənbələrinə istinadən bildririr ki, partlayışı “Fitnə əl-Həvaric” qruplaşmasına (keçmiş adı “Təhrik-i-Taliban Pakistan” və ya Pakistanın Taliban Hərəkatı kimi tanınır) bağlı kamikadze törədib.
“Əfqanıstanla həmsərhəd olan Hayber-Pahtunhva və Bəlucistan əyalətləri 2024-cü ildə ölkədə baş verən bütün terror aktlarının 90%-ə qədərini təşkil edib”, - Pakistan mediası yazır.
Bu bölgələrdə müxtəlif silahlı qruplar fəaliyyət göstərir. Onlar etnik qrupların, ilk növbədə, puştunların və bəlucların hüquqlarını qorumaq bəhanəsi ilə təhlükəsizlik qüvvələrinə və mülki insanlara hücum edirlər.
KİV-lər həmçinin terror aktının hüquq-mühafizə orqanlarına koordinasiyalı hücumundan xəbər verdiyini bildirirlər.
Hadisə ilə əlaqədar xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Yerli polis artıq hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının və xilasedicilərin göndərildiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


