Bolqarıstan qonşularının kranını bağlayacaq
“Avropa İttifaqının (Aİ) üzvü kimi Bolqarıstan 2027-ci ilin sonuna qədər Rusiya enerjisini mərhələli şəkildə dayandırmaq da daxil olmaqla, öz hərəkətlərini Avropa qanunvericiliyi və siyasətləri ilə uyğunlaşdırmağa sadiqdir”, - nazir “Politico” nəşrinə müsahibəsində deyib.
Stankov Avropanın 2028-ci ilin əvvəlinə qədər Rusiya qazından tamamilə imtina edəcəyinə əmin olduğunu bildirib. Onun fikrincə, Macarıstan və Slovakiya digər mənbələrdən yanacaq tədarükünü təmin edə bilmək üçün həssas vəziyyətə düşməyəcəklər.
Nazir onu da diqqətə çatdırıb ki, rəsmi Sofiya qonşu ölkələrlə “ Bolqarıstan vasitəsilə Amerika maye qazının (LNG) tədarükü üçün uzunmüddətli müqavilələr üzrə birgə tenderlərin keçirilməsinin mümkünlüyü ilə bağlı” məsləhətləşmələr aparır. Bu müstəvidə mümkün təchizat sxemi potensial olaraq gələn ildən başlamalıdır.
Xatırladaq ki, sentyabrın 19-da Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen AK-nin 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bura, digər məsələlərlə yanaşı, 2027-ci ilin yanvarından etibarən Rusiyanın maye qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Bolqarıstan Macarıstan Slovakiya







Vaxtında, Aydın, Lazımlı!


