Rusiyada qida çatışmazlığı I Əhaliyə ərzaq talonu veriləcək

   Rusiyada qida çatışmazlığı I    Əhaliyə ərzaq talonu veriləcək
  01 Oktyabr 2025    Oxunub:821
Rusiya Dövlət Dumasında aztəminatlı vətəndaşlar üçün ərzaq sertifikatlarının (talon – Qeyd) tətbiqini nəzərdə tutan qanun layihəsinə baxılması planlaşdırılır.
Bu barədə AzVision.az “TASS”a istinadən məlumat yayıb. Təşəbbüsü Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitənin sədri Yaroslav Nilov və “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbərinin birinci müavini Dmitri Qusev başda olmaqla bir qrup deputat dəstəkləyib.

Qanun layihəsinə əsasən, ailələrinin adambaşına düşən gəliri yaşadıqları regionda müəyyən edilmiş yaşayış minimumundan aşağı olan Rusiyada daimi yaşayanlar talon ala biləcəklər. Talonun nominal dəyəri yaşayış minimumunun 30%-ni təşkil edəcək.

Nilov, öz növbəsində, qanun layihəsinin aztəminatlı insanlara zəruri ərzaq məhsullarını almaq üçün əlavə imkanlar yaradacağını vurğulayıb. Qeyd edək ki, ərzaq talonu SSRİ dövründə qida çatışmazlığı zamanı insanlara verilib. Belə ki, ərzaq məhsulları məhdudlaşdırılmış sayda və çəkidə satılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti