Filippində güclü zəlzələ I 60 nəfər ölüb

   Filippində güclü zəlzələ    I 60 nəfər ölüb
  01 Oktyabr 2025    Oxunub:854
Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində 60 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Filippinin Mülki Müdafiə Agentliyi məlumat yayıb. Güclü yeraltı təkanların qeydə alındığı Sebu əyalətində fövqəladə vəziyyət elan edilib. Səlahiyyətlilərin bildirdiyinə görə, San-Remicio bələdiyyəsində idman və istirahət mərkəzinin binası uçub, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Dövlət qurumları regionda infrastrukturun bərpası və əhaliyə humanitar yardımın göstərilməsi üzərində işləyir, yanğından mühafizə bürosunun üzvləri isə axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

AzVision.az




Teqlər:



Xəbər lenti