“Şaman” Trampı məhkəməyə verib

   “Şaman” Trampı məhkəməyə verib
  01 Oktyabr 2025    Oxunub:749
2021-ci ildə Kapitoliyə hücumda nizə ilə iştirak edən və əynində buynuzlu xəz papaq olan Ceykob Çansli ABŞ prezidenti Donald Trampa qarşı 40 trilyon dollarlıq iddia qaldırıb.
AzVision.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, Amerika liderindən başqa iddiada cavabdehlər arasında ABŞ Federal Ehtiyat Sistemi, Milli Təhlükəsizlik Agentliyi, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İsrail dövləti, İlon Maskın “X-Corp” şirkəti, ABŞ-nin simsiz “T-Mobile” rabitə operatoru və “Warner Bros” kinostudiyası var.

26 səhifəlik iddiada Çansli özünü ABŞ-nin “əsl prezidenti” “qanuni baş komandanı” adlandırır və ABŞ Konstitusiyasını pozmaq üçün elitanın sui-qəsd təşkil etdiyini bildirir.

O, təzminat kimi 40 trilyon dollar tələb edir. İddiaçı, eyni zamanda, ABŞ-nin dövlət borcunu ödəmək üçün anoloji nominalda və bir unsiya (28,3 qram) ağırlığında sikkə buraxılmasını təklifini irəli sürür.

Xatırladaq ki, 2021-ci ilin yanvarında Konqresin hər iki palatası 2020-ci ilin noyabrında baş tutmuş prezident seçkilərində Co Baydenin qələbəsini rəsmən təsdiqləmək üçün iclas keçirərkən Donald Trampın tərəfdarları Kapitoli binasına soxulublar.

Şaman paltarı geyinmiş Ceykob Çansli ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ofisinə basqın edən etirazçılardan biri olub. 2021-ci ilin noyabrında o, üç il beş ay müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə nazirliyi bildrimişdi ki, doqquz aydan çox həbsdə yatdığına görə, 2000 dollar cərimə olunacağı təqdirdə, onun həbs müddəti üç ilə endirilə bilər. Beləliklə, Çansli 2023-cü ilin martında azadlığa buraxılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şaman   Tramp   məhkəmə  



Xəbər lenti