Durov: “Məni zəhərləmək istəyirdilər”

      Durov:    “Məni zəhərləmək istəyirdilər”
  01 Oktyabr 2025    Oxunub:782
2018-ci ildə mənə qarşı sui-qəsd cəhdindən sonra iki həftə yeriyə bilmədim.
AzVision.az xəbər verir ki, “Telegram” messencerinin təsisçisi Pavel Durov podkaster Leks Fridmana müsahibəsində belə iddia səsləndirib.

“Evə gəldim, kirayə qaldığım evin qapısını açdım. Qonşuluğumda yaşayan qəribə bir şəxs qapıda nə isə qoymuşdu. Bir saat sonra, artıq yataqda olanda, mən isə tək yaşayırdım, özümü çox pis hiss etdim. Bütün bədənimdə ağrı hiss etdim. Ayağa qalxıb tualetə getməyə çalışdım, amma ora gedərkən hiss etdim ki, bədənim tutulmağa başlayır”, - Durov bildirib.

Onun sözlərinə görə, görmə və eşitmə qabiliyyətini itirməyə başlayıb və tezliklə nəfəs almaqda çətinlik çəkib.

- Bunu izah etmək çətin idi, amma bir şeyə əmin idim ki, bu sondur. Döşəməyə yıxıldım, amma bunu xatırlamıram, ağrı hər şeyi qaranlıqlaşdırdı. Ertəsi gün oyandım və artıq gündüz idi. Özümü çox zəif hiss edirdim”, - messencerin yaradıcısı deyib.

O, qan damarlarının partladığını da söyləyərək, heç vaxt başıma belə bir işin gəlmədiyini açıqlayıb.

“Bundan sonra iki həftə yeriyə bilmədim. Evdə qaldım və komandama deməməyə qərar verdim, çünki onları narahat etmək istəmirdim. Amma çətin idi”, - Durov vurğulayıb.

Durov Parisin “xahiş”ini açıqlayıb
Onun sözlərinə görə, 2018-ci il sağlamlıq problemlərini komandası ilə bölüşmək üçün ən yaxşı vaxt deyildi, çünki işçiləri “The Open Network (TON)” blokçeyn layihəsi üçün vəsait toplamağa, bir neçə ölkə isə “Telegram” messencerini bloklamağa çalışırdı.

2018-ci ilin aprelində “Roskomnadzor” qurumu məhkəmənin qərarına əsasən “Telegram” messencerini Rusiyada bloklamağa başlamışdı. Buna səbəb şirkətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) istifadəçi mesajlarının şifrəsini açmaq üçün açarları verməkdən imtina etməsi olub. Həmin ilin mayında İran hakimiyyəti milli təhlükəsizlik və “iğtişaşlara təhrik” iddiası ilə “Telegram” messencerinə girişi rəsmən məhdudlaşdırmışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Pavel Durov bir il əvvəl Fransa xüsusi xidmət orqanlarının ondan Moldovada prezident seçkiləri ərəfəsində Telegram-kanallarında senzura yaratmağı xahiş etdiklərini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Durov   zəhərlənmək  



Xəbər lenti