Trampın arzusuna çatmasına 10 gün qalır

   Trampın arzusuna çatmasına 10 gün qalır
  01 Oktyabr 2025    Oxunub:1249
2025-ci il Nobel Sülh Mükafatı laureatının elan olunmasından 10 gün əvvəl ABŞ prezidenti Donald Tramp mükafatın ona verilməli olduğuna əminliyini ifadə edib. İstənilən başqa qərar ABŞ üçün “təhqir” olardı.
AzVision.az xəbər verir ki, Ağ Evin rəhbəri sentyabrın 30-da Virciniyadakı Quantico hərbi bazasında ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri ilə görüşdə belə deyib.

“Nobel Sülh Mükafatını şəxsən özüm üçün deyil, ABŞ üçün almaq istərdim”, - Donald Tramp vurğulayıb.

Amerika lideri daha əvvəl Hindistan və Pakistan, Misir və Efiopiya arasındakı münaqişələri əsas gətirərək yanvar ayında vəzifəyə gəldikdən sonra yeddi müharibəyə son qoyduğunu iddia edib.

Makron Trampa şərt qoyur?
Nobel Sülh Mükafatına layiq görülmüş siyasətçilər arasında ABŞ-nin sabiq prezidentləri Teodor Ruzvelt, Vudro Vilson və Barak Obama da var.

Xatırladaq ki, bir həftə əvvəl Fransa prezidenti Emmanuel Makron yalnız İsrail və Fələstin arasındakı münaqişəni uğurla həll edəcəyi təqdirdə ABŞ prezidentinin Nobel Sülh Mükafatına layiq görüləcəyini bildirib.

Yeri gəlmişkən sentyabrın 29-da Donald Trampın Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə əsas mövzulardan biri Vaşinqtonun Qəzza zolağında münaqişənin həlli üçün təklif etdiyi 21 bəndlik plan olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Nobel   Sülh  



Xəbər lenti