Oktoberfest bomba təhdidi səbəbindən bağlanıb

   Oktoberfest bomba təhdidi səbəbindən bağlanıb
  01 Oktyabr 2025    Oxunub:887
Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi Oktoberfest festivalı bomba təhdidi ilə əlaqədar bağlanıb.
AzVision.az yerli mediaya istinadla xəbər verir ki, bələdiyyə başçısı Dieter Rayter bildirib ki, festival ərazisində partlayıcı aşkarlandığından açılış riskli hesab olunur. "Münhendəki digər yerlərlə, o cümlədən Tereziyenvize (festivalın keçirildiyi meydan) ilə mümkün əlaqələr yoxlanılır", – polis qeyd edib.

Qeyd edək ki, Münxenin şimalında bir evdə partlayış və yanğın da baş verib. Polis mümkün əlaqələri araşdırdığı üçün festivalın keçirildiyi ərazi müvəqqəti bağlanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti