Qəzzada 150-dən çox uşaq aclıqdan ölüb

Qəzzada 150-dən çox uşaq aclıqdan ölüb
  01 Oktyabr 2025    Oxunub:1039
Qəzza zolağında son günlər aclıqdan ölən fələstinli uşaqların sayı 151-ə çatıb.
Bu barədə Qəzzanın iranyönümlü HƏMAS terror təşkilatı nəzarətindəki Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində zolaqda ümumilikdə 455 sakin qida qıtlığının qurbanına çevrilib; onlardan ikisi uşaqdır.
BMT: "Qəzzada qıtlıq şiddətlənir" | VİDEO

Dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Qida Proqramının direktor müavini Karl Skau Kanadanın "CBC" telekanalına müsahibəsində söyləyib ki, zolaqdakı əhalinin əvvəllər yalnız bir hissəsi aclıqdan əziyyət çəkirdisə, hazırda bu vəziyyət bütün Qəzzanı əhatələmək üzrədir.

"Qəzza zolağına ərzaq təchizatı lazımi səviyyədə artırılmasa, orada yaşayan bütün əhali cəmi bir neçə həftə ərzində aclıqla üzləşəcək", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   aclıq  



Xəbər lenti