“Bir gün əvvəl İş vakansiyaları və işçi axını üzrə Əmək Statistikaları Bürosunun (JOLTS) birmənalı olmayan sorğuları barədə məlumatlar dollara təzyiq göstərdi. Hesabat, ABŞ-də iş yerlərinin avqust ayında bir qədər artdığını, şirkətlərin isə daha az həvəslə işə götürmək istədiyini göstərdi ki, bu da əmək bazarının zəiflədiyindən xəbər verir”, - agentlik yazır.
|
| ABŞ hökuməti qismən fəaliyyətini dayandırıb |
- Yapon valyutasının möhkəmlənməsinə təhlükəsiz aktivlərə tələbatın, yoxsa Yaponiya bankının faiz dərəcələrini artırması ilə bağlı spekulyasiyaların təsir etdiyini müəyyənləşdirmək çətindir”, - agentlik “Rabobank” valyuta üzrə baş strteqi Ceyn Folidən sitat gətirir.
Sentyabrın 29-da dollar ABŞ hökumətinin mümkün bağlanması ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşıb. Dollar indeksi 0,22% azalaraq 97,9-a düşüb.
İnvestorlar ABŞ hökumətinin fəaliyyətinin dayandırılması (şatdaun) təhlükəsindən narahat idilər. Dollar adətən bu cür hadisələrdən əvvəl zəifləyir və maliyyə mübahisəsi həll edildikdən sonra yenidən güclənir.
Oktyabrın 1-də ABŞ hökuməti fəaliyyətini dayandırıb. Konqres yeni maliyyə ili başlamazdan əvvəl hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edə bilməyib. Bu, Donald Trampın əvvəlki prezidentliyi də nəzərə alınmaqla, onun hakimiyyəti dövründə üçüncü federal şatdaundur.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


