Ermənistan atom reaktoru almağa hazırlaşır
“Biz Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparırıq. Qərar bir il və ya iki il ərzində qəbul edilməlidir. Biz kim daha münasib qiymət və təhlükəsiz texnologiya təklif edəcəksə, ondan alacağıq. Burada geosiyasət yoxdur, onu axtarmayın”, – deyə Paşinyan vurğulayıb.
Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin bu addımı ölkənin enerji təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Yeni modullu reaktorun alınması hazırda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının gələcəkdə istismardan çıxarılması ehtimalı ilə də əlaqələndirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


