Ermənistan HIMARS və “Caesar” artilleriya sistemlərini sınaqdan keçirdir

Ermənistan HIMARS və “Caesar” artilleriya sistemlərini sınaqdan keçirdir
  01 Oktyabr 2025    Oxunub:443
Estoniya ordusu ölkənin cənub-şərqində yerləşən Nursipalu poliqonunda ikigünlük hərbi təlimlərə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Estoniya hərbçiləri təlimlər çərçivəsində ilk dəfə HIMARS reaktiv yaylım atəş sistemlərindən, “Caesar” özüyeriyən artilleriya qurğularından və 120 millimetrlik minaatanlardan döyüş atışları həyata keçirəcəklər.

Xatırladaq ki, iyul ayında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniyanın hərbi potensialını artırmasının, xüsusilə də HIMARS raket sistemlərinin bu ölkəyə tədarükünün Moskva tərəfindən regionun hərbiləşdirilməsi kimi qiymətləndiriləcəyini bəyan etmişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti