`Bunu şəhid analarına necə demək olar?`

`Bunu şəhid analarına necə demək olar?`
  09 Avqust 2014    Oxunub:8329
Biz təmas xəttində baş verənlərə görə çox narahatıq və gördüyünüz kimi münaqişə tam mənada heç də dondurulmayıb.

AzVision.az-ın məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanin Səsi”nə müsahibəsində bildirib.

“Yaralanan və ya öldürülən əsgərin anasına bu münaqişənin dondurulduğunu necə demək olar? Bu münaqişə dondurulmayıb və biz cəbhədə baş verən gərginliyə görə çox narahatıq. Bunun üçün bir neçə şey edilməlidir. Mən prezidentlərin görüşəcəyinə görə çox şadam və biz ümid edirik ki, prezidentlər əsas məsələlər üzrə proqresə nail olacaqlar. Biz həmçinin ümid edirik ki, bu yaxınlarda münaqişə tərəflərindən səsləndirilən təxribat xarakterli təhdid və hədələrə son veriləcək. Bu cür çıxışlar tərəfləri sülhə yaxınlaşdırmır” –deyə Uorlik bildirib.

Tərəflərin sülh danışıqları həyata keçirməyə hazırlığı barədə sualı cavablandıran Uorlik bildirib ki, onunla görüşlər zamanı hər iki prezident münaişənin sülh yolu ilə nizamlanması yollarını tapmaqda qətiyyətli olduqlarını bildirib.

“Biz onlarla işləmək, münaqişənin nizamlanmasında vasitəçi olmaq istəyirik. Biz ümid edirik ki, davamlı sülhün təmin olunması üçün tərəflər yenidən öz qətiyyətlərini nümayiş etdirəcək” –deyə, diplomat bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti