Türkiyə İrana qarşı sanksiyalara qoşulub

   Türkiyə İrana qarşı  sanksiyalara qoşulub
  02 Oktyabr 2025    Oxunub:924
Türkiyə hökuməti Birləşmiş Millətlər Təşkilatının(BMT) Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində 22 İran vətəndaşının və 17 təşkilatın bu ölkədəki aktivlərini dondurub.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.
İran-BAEA gərginliyi şiddətlənir

Xatırladaq ki, Almaniya, Britaniya və Fransa keçən ay İrana BMT səviyyəsində sanksiyaların bərpası məqsədilə 30 günlük prosesə başlayıblar. Üç ölkə Tehranı özünün nüvə proqramının nizamlanması məqsədilə 2015-ci ildə imzalanmış beynəlxalq müqaviləni pozmaqda günahlandırır. Möhlətin sentyabrın 27-də başa çatması ilə Tehrana qarşı sanksiyalar qüvvəyə minəcək. Sanksiyalar əsasən İranın Atom Enerjisi Təşkilatını, bir sıra bankı, tədqiqat mərkəzlərini və uranın zənginləşdirilməsi proqramı ilə əlaqəli şirkətləri hədəf alır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   İran   BMT   sanskiya  



Xəbər lenti