Şotlandlar İsrailə etirazlarını bildirirlər | VİDEO

   Şotlandlar İsrailə etirazlarını bildirirlər    | VİDEO
  03 Oktyabr 2025    Oxunub:679
Yüzlərlə insan Qlazqo dəmir yolunun Mərkəzi stansiyasına toplaşaraq qlobal “Sumud” Donanması qrupuna dəstəyini ifadə edib.
AzVision.az xəbər verir ki, onlar İsrailin sözügedən donanmanın dörd şotlandiyalı üzvünü azad etməsi tələbini irəli sürüblər.

İsrail əleyhinə etiraz aksiyaları keçirilib | VİDEO
Oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, “Sumud” donanmasının ələ keçirilməsi zamanı İsrail Hərbi Dəniz qüvvələri tərəfindən saxlanılan 470 fəal deportasiyaya hazırlıq üçün sorğu-sual edilir.

Xatırladaq ki, təxminən 10 “Sumud” gəmisi “regionun blokadasını yarmaq” məqsədi ilə humanitar yardımla Qəzza zolağı sahillərinə doğru hərəkət edirdi. Bu təşəbbüs İtaliya, İspaniya, Portuqaliya və digər ölkələrin 10-dan çox xarici işlər naziri, siyasətçi və parlament üzvləri tərəfindən dəstəklənib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Şotlandiya   İsrail   etiraz  



Xəbər lenti