Messidən Qəzza ilə bağlı ÖZƏL İSTƏK

Messidən Qəzza ilə bağlı ÖZƏL İSTƏK
  09 Avqust 2014    Oxunub:3630
“Barselona” və “Argentina” millisinin hücumçusu Qəzza sektorunda yaşayan uşaqların hüquqlarının müdafiəsini təmin etməyə çağırıb.
Bu barədə AzVision.az “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir.

“Bu mənasız ölümləri dayandırın. Bu müharibədən ən çox uşaqlar əziyyət çəkir” – deyə, “Barselona”nın ulduz oyunçusu bildirib.
Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1800-ü keçib. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti