Putin Avropada daha bir tərəfdaş qazana bilər

   Putin Avropada daha bir tərəfdaş qazana bilər
  03 Oktyabr 2025    Oxunub:1101
Ölkə hökumətinə rəhbərlik edə biləcək çexiyalı siyasətçi Andrey Babiş son vaxtlar Ukrayna ilə bağlı sual doğuran açıqlamalar verib.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlində Çexiya Kiyev üçün “mərmi təşəbbüsü” adlı layihənin icrasına başlayıb. Həmin vaxtdan bəri Ukrayna ordusu bir milyondan çox artilleriya mərmisi alıb ki, bu da cəbhədə vəziyyəti dəstəkləmək üçün çox vacibdir.

Lakin bu ilin iyul ayında Andrey Babiş “Reuters” agentliyinə müsahibəsində “mərmi təşəbbüsünü” tənqid edib və onu “çürük” adlandırıb. Siyasətçi qalib gələcəyi təqdirdə layihəni ləğv edəcəyinə söz verdi. Bununla belə, o, NATO-nun bu təşəbbüsü öz üzərinə götürə biləcəyini ehtimal edib.

Qələbə qazanacağı halda Babiş Avropa İttifaqının (Aİ) “yaşıl” gündəliyi və miqrasiya paktı ilə də mübarizə aparmaq niyyətindədir. O, həmçinin Ukraynaya əlavə yardımın əleyhinə çıxan partiyalarla ittifaqlara açıq olduğunu bəyan edib.

Andrey Babişin rəhbərlik etdiyi ANO (“Akce nespokojených občanů” - “Narazı vətəndaşların aksiyaları”) hərəkatının reytinqi sabit olaraq 30% səviyyəsində qalır. Lakin bu səslər təkbaşına hökumət qurmaq üçün yetrəli deyil. Yalnız parlamentdə səs çoxluğu ilə Babiş baş nazir postuna namizədliyini irəli sürə bilər.

Müxtəlif hesablamalara görə, ANO 66-75 yer qazana bilər, lakin parlamentdə çoxluğu təmin etmək üçün 101 mandat əldə olunmalıdır. Hazırkı baş nazir Petr Fialanın rəhbərlik etdiyi avropayönlü hakim SPOLU (“Birlikdə”) koalisiyası ANO-dan təxminən 10 faiz geri qalır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Babiş   tərəfdaş  



Xəbər lenti