FT: “Qəzza şəhəri tamamilə məhv ola bilər”

      FT:    “Qəzza şəhəri tamamilə məhv ola bilər”
  03 Oktyabr 2025    Oxunub:1151
Davamlı atəşkəs əldə olunmasa Qəzza şəhəri tamamilə məhv olmaq riski ilə üzləşəcək.
AzVision.az xəbər verir ki, humanitar sahə əməkdaşına istinad edən Böyük Britaniyanın “Financial Times (FT)” nəşri belə məlumat yayıb.

Bundan əvvəl İsrailin Müdafiə naziri İsrael Kats şəhəri tərk etmək üçün Qəzza sakinlərinin son şansı olduğunu bildirmişdi. Onun sözlərinə görə, şəhərdə qalmaq qərarına gələn hər kəsi İsrail hakimiyyəti yaraqlılar və terrorçularla əməkdaşlıq edənlər kimi qiymətləndirəcək.

“Əgər atəşkəs təmin olunmasa və tam təxliyə baş versə, Qəzza şəhəri çox güman ki, tamamilə məhv olacaq. Keçən il Qəzza zolağının tədricən bərpasına ümid olsa da, indi dağıntılar o qədər böyükdür ki, bir çox ərazilər sıfırdan yenidən qurulmalı olacaq”, - qəzet yazır.

Nəşrin məlumatına görə, anklav ərazisinin 80%-dən çoxu fələstinlilər üçün qadağan olunmuş zonaya düşüb və bu ərazilərin yarısı tamamilə dağıdılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qəzza   məhv  



Xəbər lenti