Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
  09 Avqust 2014    Oxunub:2199
Sabah axşam saatlarından başlayaraq Bakıda külək güclənəcək və avqustun 12-nə qədər davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq. Qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti