Norveçdə Almaniya vətəndaşları saxlanılıb

Norveçdə Almaniya vətəndaşları saxlanılıb
  03 Oktyabr 2025    Oxunub:1073
Norveçin hüquq-mühafizə orqanları hava limanı yaxınlığında pilotsuz uçuş aparatları buraxan üç Almaniya vətəndaşını həbs edib.
AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri belə məlumat yayıb.

“Norveçdə üç alman həbs edilib: iddialara görə, onlar sentyabrın 30-da “Rassvoll” hava limanı ətrafındakı beş kilometrlik uçuşa qadağa zonasında səmaya PUA buraxıblar”, - qəzetdə dərc olunan materialda deyilir.

Saxlanılan kişilərin təxminən 20 yaşının olduğu bildirilir. Polis onları azad buraxıb. Hadisənin araşdırılacağı və ya almanların məsuliyyətə cəlb edilib-edilməyəcəyi məlum deyil.

Maraqlıdır ki, dah əvvəl Münhen hava limanı da pilotsuz təyyarələr səbəbindən uçuşların dayandırıldığını açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hollandiya   almanlar   həbs  



Xəbər lenti