Lüksemburq hersoqu taxtını oğluna verib

Lüksemburq hersoqu taxtını oğluna verib
  03 Oktyabr 2025    Oxunub:1096
Lüksemburqun böyük hersoqu (dövlət başçısı) 70 yaşlı Anri keçən ilin dekabrında verdiyi vədə əsasən öz taxtından çəkilərək yerini 43 yaşlı oğlu Giyoma (V Giyom) tapşırıb.
"The Associated Press" xəbər agentliyi rəsmi mənbəyə istinadən məlumat verib ki, bu gün ərzində V Giyomun tacqoyma və andiçmə mərasimi baş tutacaq, ardınca isə o, ailəsinin müşayiəti ilə Böyük Dukal Sarayının eyvanında ictimaiyyəti salamlayacaq.

Məlumat üçün bildirək ki, sabiq dövlət başçısı Anri 2000-ci ilin 7 oktyabrından bəri Lüksemburqda hakimiyyətdə idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Lüksemburq   hersoq  



Xəbər lenti