ABŞ hökumətinin iddiasına görə, Çin sistematik şəkildə həssas sənaye sahələrinə investisiyalardan casusluq məqsədilə istifadə edir.
Buna görə də, şirkət çinli investorlara “SpaceX” səhmlərini almağa bir şərtlə icazə verir ki, vəsait Kayman adaları və ya digər ofşor mərkəzlər vasitəsilə yönəldilsin.
|
| İlon Mask tarixə ilk trilyonçu kimi düşə bilər |
Məhkəmə sənədlərinə əsasən, Şanxayda yerləşən bir şirkət İlon Maskın biznesinə sərmayə qoymaq üçün 50 milyon dollar köçürüb. Plan açıqlandıqdan sonra “SpaceX” müqaviləni ləğv edib.
Xatırladaq ki, bundan əvvəl amerikalı sahibkarın tarixə ilk trilyonçu kimi düşə biləcəyi barədə xəbər yayılıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


