5G texnologiyası Türkiyəyə 100 milyard dollar gətirəcək

   5G texnologiyası Türkiyəyə 100 milyard dollar gətirəcək
  03 Oktyabr 2025    Oxunub:1056
Türkiyədə planlaşdırılan "5G" tezliyi layihəsinin 2030-cu ilədək ölkə iqtisadiyyatına 100 milyard dollar həcmində gəlir gətirəcəyi, habelə 1,5 milyon yeni məşğulluq imkanı yaradacağı bildirilir.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fateh Sayan özünün "X" hesabında məlumat yayıb. O diqqətə çatdırıb ki, hazırda layihə üzrə Türkiyə Böyük Millət Məclisində müzakirələr aparılır.

Nazir müavini bu innovativ layihənin bütün ölkə ərazisində yüksək sürətli rabitəyə əlçatımlılıq yaradacağını vurğulayıb. O, bu texnoloji addımı ümumilikdə Türkiyə tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   5G  



Xəbər lenti