AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə deyib. Amerika lideri həmçinin girovları təhlükəsiz və tez bir zamanda çıxarmaq üçün İsrailin Qəzzanı bombalamağı dayandırmalı olduğunu bildirib.
“Hazırda bunu etmək çox təhlükəlidir. Biz bunun işləməsi üçün detallar barədə müzakirələr aparırıq. Söhbət təkcə Qəzzadan getmir. Bu, Yaxın Şərqdə uzun müddətdir gözlənilən sülhlə bağlıdır”, - Ağ Evin rəhbəri vurğulayıb.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə ABŞ prezidnti Donald Tramp Qəzza zolağında münaqişənin həlli üçün 21 bəndlik sülh palnı təqdim edib.
Sahil İsgəndərov
AzVision.az