Tbilisidəki etiraz aksiyası zamanı 14 polis yaralanıb

Tbilisidəki etiraz aksiyası zamanı 14 polis yaralanıb
  04 Oktyabr 2025    Oxunub:1078
Tbilisidə Gürcüstan Prezidentinin iqamətgahı qarşısında etirazçıların aksiyaları nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb.
AzVision.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, xəsarət alan əməkdaşlardan birinin vəziyyəti ağırdır.

Nazir müavini bir neçə etirazçının həbs olunduğunu təsdiqləyib.

Gürcüstan prezidentinin sözlərinə görə İSƏ, onun iqamətgahından kənarda baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti