Azərbaycanlılar İsveçdə etiraza qalxdılar

Azərbaycanlılar İsveçdə etiraza qalxdılar
  09 Avqust 2014    Oxunub:1794
İsveçdə yaşayan azərbaycanlılar atəşkəs rejiminin Ermənistan Silahlı Qüvvələri tərəfindən pozulması əleyhinə mitinq keçiriblər.
Höteborq şəhərində keçirilən mitinqdə Azərbaycan və Türkiyə diasporlarının, habelə KİV-lərin nümayəndələri iştirak ediblər.

Mitinqdə çıxış edənlər atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması, nəticədə Azərbaycan ordusunun əsgərlərinin həlak olması faktları ilə bağlı Ermənistan tərəfinə qəti etirazlarını bildiriblər. Mitinq iştirakçıları Azərbaycanın Qarabağ regionunun Ermənistan tərəfindən işğalının davam etməsinə də etirazlarını bildiriblər.

Aksiya çərçivəsində İsveçə və beynəlxalq təşkilatlara Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin, habelə Avropa Şurası Parlament Assambleyasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması, qaçqınların və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması barədə 1416 nömrəli qətnaməsinin icrasına məcbur etmək məqsədi ilə bu ölkənin rəhbərliyinə təzyiq göstərilməsi haqqında çağırışlar səslənib.


Teqlər:





Xəbər lenti