Papa Qəzza üçün dua edir

Papa Qəzza üçün dua edir
  05 Oktyabr 2025    Oxunub:709
"Yaxın Şərqdə sülh danışıqlarında irəliyə doğru atılan addımlarda arzuolunan nəticələr əldə ediləcəyinə ümidvaram". Bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib.
Pontifik Qəzzada fələstinlilərin çəkdiyi əzablardan kədərləndiyini ifadə edib.

“Yaxın Şərqdəki dramatik vəziyyət fonunda son saatlarda sülh danışıqlarında irəliyə doğru bəzi mühüm addımlar atılır. Ümid edirəm ki, ən qısa zamanda arzuolunan nəticələr əldə ediləcək. Bütün tərəflərdən bu yolda, atəşkəs və girovların azad edilməsi istiqamətində səyləri artırmağı xahiş edirəm. Davam edən səylərin müharibəyə son qoyması, bizi ədalətli və davamlı sülhə aparması üçün hər kəsi dua etməyə çağırıram”, - deyə Papa Leo bildirib.


Teqlər:



Xəbər lenti